"Real"ın ulduz futbolçusu Çin yolunda

"Real"ın ulduz futbolçusu Çin yolunda
XƏBƏR 17 May 2012 / 00:01 2718
-  A +

Çinin "Şanxay Şenhua" klubu dünya ulduzlarını heyətinə qatmaqda davam edir.

Qol.Az-ın "El Economista"a istinadən verdiyi məlumata görə, Çin təmsilçisi bu dəfə "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Kakaya "elçi" düşüb.

"Şanxay Şenhua" rəhbərliyi braziliyalı ulduzun transfer üçün 25 milyon avro ödəməyə hazırdı. Üstəlik Kaka Çin klubunda oynayacağı təqdirdə ilinə 15 milyon avro qazanacaq.

Qeyd edək ki, "Şanxay Şenhua" klubu daha öncə "Çelsi"dən Nikolya Anelkanı transfer edib.


Son xəbərlər