Olimpiada məşəlini İngiltərəyə Bekhem gətirəcək

Olimpiada məşəlini İngiltərəyə Bekhem gətirəcək
XƏBƏR 16 May 2012 / 18:57 1528
-  A +

2008-ci ildə Yunanıstanın paytaxtı Afinada yandırılan olimpiada məşəlini İngiltərəyə gətirəcək şəxslərin adları açıqlanıb.

Qol.Az-ın Brityaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu məsul vəzifəni "Los Angeles Qalaksi" klubunun futbolçusu Devid Bekhem və İngiltərə kraliçası II Elizabetin qızı Prenses Anne həyata keçirəcək.

Olimpiada məşəli İngiltərəyə gətirilməzdən öncə ölkə ərazisində 12 min 875 kilometr məsafə yol qət edəcək. Bekhem və Anne sabah Afinada olimpiada məşəlinin təhvil-təslim mərasiminə qatılacaq. Məşəli 70 gün boyunca 8 nəfər daşıyacaq.

Qeyd edək ki, "London - 2012" olimpiada oyunları 27 iyul - 12 avqust tarixləri arasında keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı