Mahir Şükürov Sumqayıtda məşqlərə başladı

Mahir Şükürov Sumqayıtda məşqlərə başladı
XƏBƏR 16 May 2012 / 17:52 2768
-  A +

Son günlər mətbuatda Azərbaycan millisinin futbolçusu Mahir Şükürovun Rusiyada olduğu və orada özünə klub axtarmasına dair məlumatlar dolaşmaqdadır.

Qol.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Şükürov hazırda Azərbaycandadır və heç hara getməyib. O, hətta hər gün səhərlər yaşadığı Sumqayıt şəhərində fərdi məşq edir və millinin Yaponiya ilə oyun öncəsi başlanacaq toplanışını gözləyir. Futbolçunun eyni zamanda “Xəzər Lənkəran”a keçidi məsələsi də gündəmdə qalıb.

Qeyd edək ki, Mahirin son klubu "Qəbələ" olub və mövsüm başa çatınca tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Son xəbərlər