"Bavariya" da "Neftçi"ni təbrik etdi

"Bavariya" da "Neftçi"ni təbrik etdi
XƏBƏR 16 May 2012 / 17:28 1988
-  A +

Unibank Premyer Liqada "Neftçi"nin ardıcıl ikinci mövsümdə qızıl medallar qazanmasından sonra klubun ünvanına çoxlu sayda təbrik məktubları daxil olur.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeddinci dəfə çempion tituluna yiyələnən "Neftçi"ni bu dəfə planetin nəhəng komandalarından sayılan Almaniyanın "Bavariya" klubu təbrik edib.

Klubun idarə heyətinin sədri Karl Haynz Rummenigenin imzası ilə "Neftçi"nin prezidenti Sadıq Sadıqova göndərilən məktubda deyilir: "Hörmətli cənab Sadıqov, Bayern Münhen klubu adından, Azərbaycan Premyer Liqanın 2011-2012-ci il mövsümünün qalibi olmağınız münasibətilə təbrik etmək istərdim".

Xatırladaq ki, buna qədər "Neftçi"ni, İtaliyanın "Milan" klubu da təbrik edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı