“İnter” iki ölkə arasında seçim edəcək

“İnter” iki ölkə arasında seçim edəcək
XƏBƏR 16 May 2012 / 17:04 1749
-  A +

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter”in təlim-məşq toplanışının ikinci mərhələsini keçəcəyi ölkənin adı məlum olub.

“Bankirlər”in meneceri Səbuhi Səfiyarlının Qol.Az-a verdiyi məlumata görə, bu, ya Avstriya, ya da Sloveniya olacaq: “Hər iki ölkəyə səfər edəcəyik və oradakı şəraitə baxacağıq. Daha sonra isə, konkret seçim edəcəyik”.

Qeyd edək ki, “İnter” hazırlığın birinci mərhələsini Türkiyədə keçəcək.

 


Son xəbərlər