"Mançester Siti"dən daha bir rekord

"Mançester Siti"dən daha bir rekord
XƏBƏR 16 May 2012 / 15:48 2054
-  A +

Bu mövsüm İngiltərə Premyer Liqasının qalibi olan "Mançester Siti" klubu daha bir rekorda imza atıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "şəhərlilər" bu çempionluqla maliyyə baxımından da vəziyyətini xeyli yaxşılaşdırıb.

Premyer Liqanın sonuncu - 32-ci turunda öz meydanında "Kvins Park Reyncers"i Serxi Aqueronun vurduğu qolla məğlub edən (3:2) "Mançester Siti" sadəcə televiza reklamından 60,6 milyon funt-sterlinq qazanıb.

Premyer Liqanı sonuncu pillədə başa vuran "Vulverhempton" klubu isə televiziya reklamından 39 milyon funt-sterlinq gəlir əldə edib. "Mançester Siti"nin əldə etdiyi bu gəlir isə 20 illik Premyer Liqa tarixində yeni rekord olub.


Son xəbərlər