Efer Bonfim "Xəzər Lənkəran"da ilkə imza atdı

Efer Bonfim "Xəzər Lənkəran"da ilkə imza atdı
XƏBƏR 16 May 2012 / 14:37 2122
-  A +

“Xəzər Lənkəran”ın futbolçuları 2012-ci ildə ilk dəfə dubla imza atıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Unibank Premyer Liqanın XXXII turunun “Qarabağ”la görüşündə fərqlənən Eder Bonfim mövsümdə 4-cü, çempionatda 3-cü, 2012-ci ildə ilk belə hadisənin səbəbkarı olub.
 
Belə ki, komandanın futbolçularının sonuncu dublu ötən ilin noyabrın 30-da qeydə alınıb. Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la qarşılaşmasında Katalin Doman fərqlənmişdi. Rumıniyalıdan başqa cari mövsümdə Branimir Subaşiç və Emeka Opara da dubl müəllifi kimi yadda qalıb. Onların hər ikisi Unibank Premyer Liqanın startındakı görüşlər zamanı buna nail olub.
 
Katalinin dublundan 164 gün sonra bunu bacaran Eder klubdakı karyerasında ilk dəfə bir oyunda 2 qol vurub. Braziliyalı futbolçu “Xəzər Lənkəran”ın tarixində 61-ci dublun müəllifidir. Bunlara 32 oyunçu imza atıb. Bonfimin dublu Unibank Premyer Liqada 40-cı olub. Digər 21 dubldan 18-i ölkə kuboku, 3-ü isə "Birlik kuboku"nda qeydə alınıb. Dubllar üzrə rekordçu isə 8 dəfə buna nail olan seleksiyaçı məşqçi Zaur Ramazanovdur.

 

“Xəzər Lənkəran”da dubla imza atanlar


8 - Zaur Ramazanov (2-si kubokda)
5 - Vüqar Nadirov (4-ü kubokda)
4 - Samir Əliyev (1-i kubokda)
3 - Allan Lalin
3 - Edmоnd Ntiamoa
3 - İvan Tsvetkov (1-i kubokda)
3 - Rahid Əmirquliyev (1-i Birlik kubokunda)
2 - Ceyhun Sultanov (1-i kubokda)
2 - Emin Quliyev
2 - Klaudianu Radukanu (2-si kubokda)
2 - Mario Souza (1-i Birlik kubokunda)
2 - Oqtay Dərəlioğlu
2 - Rəşad Abdullayev (1-i kubokda)
2 - Romulo Silvano
1 - Alim Qurbanov
1 - Bəxtiyar Musayev
1 – Branimir Subaşiç
1 - Elvin Beqiri
1 – Eder Bonfim
1 – Emeka Opara
1 - Əhməd Dursun
1 - Xaqani Məmmədov
1 - İlqar Qurbanov (1-i kubokda)
1 - Junior Osvaldo (1-i kubokda)
1 - Katalin Doman (1-i kubokda)
1 - Mahmud Qurbanov (1-i kubokda)
1 - Marinko Petkoviç (1-i kubokda)
1 - Nadir Nəbiyev (1-i Birlik kubokunda)
1 - Paşa Əliyev
1 - Robert İlyeş (1-i kubokda)
1 - Uinston Parks
1 - Yakuba Bamba


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı