Çempionlar Liqasının final matçının baş hakimi bəlli oldu

Çempionlar Liqasının final matçının baş hakimi bəlli oldu
XƏBƏR 16 May 2012 / 14:28 2027
-  A +

Futbol üzrə Çempionlar Liqasında (ÇL) Almaniyanın “Bavariya” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək final matçının baş hakimi müəyyənləşib.

Goal.com-un verdiyi məlumata görə, mayın 19-da Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da təşkil olunacaq həlledici qarşılaşma portuqaliyalı referi Pedru Proensaya tapşırılıb.

Karyerasına 1998-ci ildə başlayan Proensa bu mövsüm ÇL-də 5 görüş idarə edib. 41 yaşlı referi 2012-ci il Avropa çempionatına təyinat alan hakimlər siyahısındadır.

Qeyd edək ki, “Bavariya” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Xəbər: lent.az

Daha çox


Son xəbərlər