Rəşad Sadıqovu Gökdəmir əvəzlədi

Rəşad Sadıqovu Gökdəmir əvəzlədi
XƏBƏR 16 May 2012 / 14:00 2374
-  A +

Milli komandanın kapitanı Rəşad Sadıqov zədəli olduğu üçün millinin mayın 20-dən 31-dək keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçinin göstərişi ilə millinin təlim-məşq toplanışına əvvəlcədən ehtiyat futbolçu kimi göstərilmiş Əli Gökdəmir (Hannover 96, Almaniya) dəvət olunub.

Xatırladaq ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Daha çox


Son xəbərlər