Stefan Bates: “Tilsimi qırmalıyıq”

Stefan Bates: “Tilsimi qırmalıyıq”
PREMYER LİQA 16 May 2012 / 11:58 3650
-  A +

“Mənim də məlumatım var ki, “Xəzər Lənkəran” yarandığı gündən avrokuboklarda mərhələ keçə bilməyib. Hətta qələbəsi də yoxdur. Bu dəfə məqsədimiz həm qələbə qazanmaq, həm də mərhələ keçməkdir. Bir sözlə, tilsimi qırmalıyıq”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəşisi Stefan Bates deyib. Bates püşkün də önəmini qeyd edib: “Təbii ki, püşkün bizə kimi rəqib edəcəyi də böyük önəm daşıyır. Ancaq düşünürəm ki, istənilən halda, ilk mərhələni keçməliyik. Bunu bacarsaq, uğurun davamı da gələcək”.

Qeyd edək ki, “Xəzər Lənkəran” 2011-12-ci il mövsümünün yekunlarına əsasən, futbol üzrə Unibank Premyer Liqasında 2-ci pilləni tutaraq, Avropa liqasına vəsiqə qazanıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord