Millimizin üzvü Polşa klublarından təklif alıb

Millimizin üzvü Polşa klublarından təklif alıb
XƏBƏR 24 Aprel 2009 / 21:12 2235
-  A +

Azərbaycan milli komandasının və “Bakı”nın müdafiəçisi Saşa Yunisoğlu Polşanın elita klublarından təklif alıb. Qol.Az-ın müxbiri ilə söhbətində futbolçu özü də bu xəbəri təsdiqlədi və yayda yenidən bu ölkəyə qayıdacağını istisna etmədi: “Azərbaycana gələndən sonra Polşanın yüksək liqa klublarından təkliflər aldım. Lakin hamısına dedim ki, artıq “Bakı” ilə müqavilə bağlamışam. Buna görə daha narahat etmirlər. Təbii ki, mənim əsas hədəfim Avropada oynamaqdır. Bura gələndə də bunu demişdim. Lakin indi bunlar haqda fikirləşmirəm. Bütün diqqətim “Bakı”ya yönəlib. Özü də bu klubla il yarımlıq müqaviləm var. Mövsüm başa çatsın sonra bu haqda fikirləşmək olar”. Saşa real təklif olacağı tədqirdə “Bakı”nın onun Avropaya gedişinə əngəl yaratmayacağına inandığını da dedi.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki