“Kocaelispor” Rəşad Sadıqovla müqaviləni uzatmaq istəyir

“Kocaelispor” Rəşad Sadıqovla müqaviləni uzatmaq istəyir
ÖLKƏ FUTBOLU 24 Aprel 2009 / 19:56 2457
-  A +

Hazırda Super liqada qalmaq uğrunda mübarizə aparan “Kocaelispor” birinci diviziona düşsə belə, Rəşad Sadıqovla yollarını ayırmayacaq. Qol.Az-ın məlumatına görə, bu xəbəri “Özgür Kocaeli” qəzeti yayıb. Mənbə İzmit klubunun həmyerlimizi heç vəclə əlindən buraxmaq istəmədiyini yazıb: “Dövrələrarası fasilədə 16 yeni futbolçu transfer edən rəhbərlik bu futbolçuların çoxu ilə 6 aylıq müqavilə bağlayıb. Konqolu Mazuşa, sloveniyalı Luka Zinko, nigeriyalı Akeem Agbetu və qürbətçi Mesut Eşlik istisna olmaqla digərlərinin müqavilələri mövsümün sonunda başa çatacaq. Bu futbolçular arasında müdafiənin başarılı isimləri Rəşad və Semih, eyni zamanda Ross, Ergün, Levent Kartopun da adları var. “Kocaelispor” birinci diviziona düşərsə,bu futbolçulardan sadəcə Rossla müqavilənin müddəti uzadılmayacaq». 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord