“Standard” bəyanat yaydı

“Standard” bəyanat yaydı
XƏBƏR 24 Aprel 2009 / 16:04 2324
-  A +

Bir neçə gün əvvəl baş məşqçi postunda dəyişiklik olunan “Standard” klubu bəyanat yayıb. Klubun rəsmi saytına yer alan bəyanatda deyilir: “Badri Kvaratsxeliyanın “Standard”ın baş məşqçi postundan gedişindən sonra mətbuatda bu haqda bəzi düzgün olmayan informasiyalar yayılıb. Bəzi mətbu orqanları bildirirlər ki, klub rəhbərliyi məşqçinin gedişini bir neçə gün mətbuatdan gizli saxlayıb və ya gürcü məşqçinin gedişi maliyyə problemləriylə bağlıdır. İlk növbədə sizlərin nəzərinə çatdırırıq ki, bu cür hadisələr klubun daxili işidir və kimlərinsə bunu tənqid etməsini heç cür başa düşə bilmirik.
Həmçinin jurnalistlərin diqqətinə çatdırırıq ki, klub rəhbərliyi etik normaları gözləyərək, gürcü mütəxəssisin gedişi haqda dərhal məlumat yaymadı. Çünki “Qəbələ”yə məğlubiyytədən sonra bu hadisə futbolçulara psixoloji baxımdan təsir göstərə bilərdi.
O ki qaldı maliyyə məsələlərinə, demək istəyirik ki, “Standard” klubunda bu baxımdan heç bir problem yoxdur. Məşqçilər korpusu, futbolçular, texniki heyət öz məvaciblərini, mükafatlarını dərhal, vaxtı-vaxtında alırlar. Premyer-liqanın heç də hər klubu bununla fərəhlənə bilməz.
Klubu tənqid etmək əvəzinə nəzərə alın ki, “Standard” hər zaman mətbuat üçün açıq olub. Biz bəlkə də yeganə komandayıq ki, hər zaman sizlərin məşqçi və futbolçularımızla ünsiyyət qurmasına heç bir problem yaratmamışıq.
Bir daha sizlərin nəzərinizə çatdırırıq ki, Badri Kvaratsxeliya komandadan öz istəyiylə gedib və o bunu mətbuat nümayəndələriylə söhbətində də bir neçə dəfə deyib.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord