Vladimir Levin: “Deyirlərsə, oynayın, deməli, oynamalıyıq”

Vladimir Levin: “Deyirlərsə, oynayın, deməli, oynamalıyıq”
MÜSAHİBƏ 24 Aprel 2009 / 13:32 3662
-  A +

Azərbaycan milli komandasının və “İnter”in müdafiəçisi Vladimir Levinin Qol.Az-a müsahibəsi

- Milli komandanın son hazırlıq prosesi haqda nə deyə bilərsən?
- Hər şey yaxşı keçdi. Təlim-məşq prosesi yüksək səviyyə təşkil olunmuşdu. Gündəlik məşqlərimiz etdik. Hamı həvəslə çalışırdı. Düşünürəm ki, bu cür təlim-məşq prosesləri millinin ancaq xeyrinədir.
- Təlim-məşq toplanışı zamanı millinin baş məşqçisi Berti Foqtsla təkbətək söhbətin oldu?
- Yox, Berti Foqtsla aramızda təkbətək söhbət olmayıb. Hamı ilə necə, mənimlə də elə. Söhbətlərimiz olurdu, amma ümumi şəkildə.
- Necə düşünürsən, növbəti təlim-məşq toplanışı zamanı Foqts sənə dəvət göndərəcək?
- Qarşıdakı təlim-məşq toplanışına qatılıb-qatılmayacağımı deyə bilmərəm. Bunu zaman göstərəcək. Necə deyərlər, yaşayarıq, görərik. İndidən bu haqda nəsə söyləmək düzgün deyil.
- Amma yəqin ki, özün Türkiyə, Uels və İspaniyayla qarşıdakı matçlarda forma geymək istərdin?
- Əlbəttə. Bunu kim istəməz ki?
- Qarşıdakı oyunlar haqda nə düşünürsən?
- Hər 3 oyun bir-birindən maraqlı və gərgin keçəcək. Uelslə oyun seçmə mərhələ matçıdır. Bu oyunda mütləq uğur qazanmaq lazımdır. Yoxlama oyunlarındakı rəqiblərimiz də çox güclüdürlər. Biri Avropa çempionu, digəri bürünc mükafatçıdır. Onlara qarşı oynamaq çox maraqlı olacaq.
- Millimizin baş məşqçisi Berti Foqts haqda hansı fikirdəsən?
- Əvvəldən Foqtsla o qədər də tanış deyildim. Amma qısa zaman kəsiyində şahid oldum ki, o yüksəksəviyyəli məşqçidir. İşinə çox ciddi, məsuliyyətlə yanaşır.
- Foqtsla Xodukinin məşq prosesləri zamanı hansı fərqlər var?
- Elə bir fərq yoxdur. Demək olar ki, eynidir.
- Bir az da klubun haqda danışaq. Qarşıda “İnter”i çox ciddi rəqib gözləyir. “Xəzər-Lənkəran”la matç haqda nə düşünürsən?
- Oyun çox çətin keçəcək. Rəqibimiz də iddialıdır. Onlar da 3 xal üçün oynayacaqlar, biz də. Buna görə də indidən demək olar ki, bizi qarşıda 90 dəqiqə ərzində çox gərgin mübarizə gözləyir. Rəqibimiz də yaxşı komandadır, güclü heyətləri var.
- Necə düşünürsən, bu oyunu çempionluq baxımdan həlledici saymaq olar?
- Bu fikirlə razı deyiləm. Çünki qarşıda hələ 12 xal oynanılacaq. “Xəzər-Lənkəran”dan başqa daha 3 oyun keçirəcəyik. Bu zaman çox şey dəyişə bilər. Digər tərəfdən də əsas rəqibimiz olan “Bakı”dan hazırda 3 xal qabağıq. Buna görə də bu oyunu həlledici hesab etmək olmaz.
- Amma etiraf et ki, bu oyunda “İnter” qalib gəlsə, çempionluq baxımından böyük addım atmış olacaq.
- Hə, orası elədir. “Xəzər-Lənkəran”ı udsaq, çempionluğa bir addım da yaxınlaşacağıq. Amma hətta bu oyunda qələbə qazansaq belə, yenə də rahatlaşmaq olmaz.
- “Qarabağ”la səfər oyununuz var ki, həmin matç da Ağdamda oynanılacaq...
- Deyirlərsə, Ağdamda oynayaq, deməli Ağdamda da oynamalıyıq. Bizim işimiz futbol oynamaqdır. Məkanın isə heç bir fərqi yoxdur. Harda desələr, orda da oynamalıyıq.
- Həmin oyun necə haqda nə deyə bilərsən?
- Oyun çox maraqlı alınacaq. Mənim üçün də Ağdamda oynamaq maraqlıdır. Çünki orada heç vaxt olmamışam. Deyirlər ki, çoxlu azarkeş olacaq. Hər halda bu da müsbət haldır.
- Yəqin bilirsən ki, Qarabağ biz azərbaycanlıların ağrılı yeridir.
- Bu haqda eşitmişəm. Bilirəm ki, ermənilər Azərbaycan torpaqlarını işğal ediblər. Amma nə etmək olar, bu, artıq tarixdir.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı