Elvin Məmmədov: “Rusiyadan nə mənimlə maraqlanan olub, nə də zəng edən”

Elvin Məmmədov: “Rusiyadan nə mənimlə maraqlanan olub, nə də zəng edən”
XƏBƏR 24 Aprel 2009 / 13:07 2332
-  A +

“Mən də ordan-burdan eşidirəm ki, guya Rusiya klublarından kimlərsə mənimlə maraqlanır. Amma konkret bir söz deyə bilmərəm. Çünki gərək ortada real bir şey olsun ki, onun haqqında danışasan. Heç bir Rusiya klubundan təklif almamışam. Bu ölkədən nə mənimlə maraqlanan olub, nə də zəng edən”. Bu sözləri Qol.Az-a son vaxtlar Rusiya klublarının maraq dairəsində olmasına dair yayılan xəbərlərə münasibət bildirən “İnter”in və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Elvin Məmmədov deyib. E.Məmmədov həftəsonu “Xəzər-Lənkəran”la keçirəcəkləri oyun haqda da fikirlərini bölüşüb: “Yaxşı oyun olmalıdır. İki böyük klub üz-üzə gələcək. Biz 3 xal üçün meydançaya çıxacağıq. Qələbə qazansaq çempionluğu 80 faiz həll etmiş olacağıq. Allah eləməmiş, məğlub olsaq, o zaman işimizi çətinə sala bilərik”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı