“Xəzər-Lənkəran”“İnter”in futbolçuları ələ almaq istəyini istisna etmir

“Xəzər-Lənkəran”“İnter”in futbolçuları ələ almaq istəyini istisna etmir
ÖLKƏ FUTBOLU 24 Aprel 2009 / 12:42 2693
-  A +

“İnter”in nə işlə məşğul olması bizi maraqlandırmır. Komandamız hazırda paytaxtda plana uyğun olaraq növbəti turun hazırlıqlarını davam etdirir”. Bu sözləri Qol.Az-a “Xəzər-Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Tural Əsgərov “İnter”in həftəsonu Lənkəran klubu ilə kerçirəcəyi oyun öncəsi cənubluların bolqar futbolçularını ələ almasına dair yayılan məlumatlara münasibət bildirərkən deyib. T.Əsgərov  bu söz-söhbətlərə baxmayaraq, “Xəzər-Lənkəran”ın bolqar futbolçularını nəzarətə götürmək fikirlərində olmadıqlarını deyib: “Bu məsələ ilə bağlı araşdırma aparmamışıq. Düzü, buna nə vaxtımız var, nə də marağımız. Komandamızda oynayan bolqarıstanlı futbolçuların özlərinə və telefonlarına gələn zənglərə də nəzarət etmək fikrimiz də yoxdur. Biz, “Xəzər-Lənkəran” olaraq bütün futbolçularımızın təmizliyinə əminik və inanırıq ki, onlara bu cür çirkin təkliflər gəlsə də, rədd edəcəklər. Eyni zamanda inanırıq ki, Svetkov, Cambazov və Todorov “İnter”lə oyunda göstərdikləri oyunla bünu bir daha sübut edəcəklər”. T.Əsgərov vacib oyun öncəsi kənar qüvvələrin bu cür xəbərlər yaymaqla “Xəzər-Lənkəran”ın düşərgəsində gərginlik yaratmaq istəyini də istisna etməyib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord