Qızlarımız Portuqaliyanı məğlub etdilər

XƏBƏR 24 Aprel 2009 / 11:37 2392
-  A +

19 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən millimiz dünən ilk oyununu keçirib. Qol.Az-ın məlumatına görə, komandamızın rəqibi qrup oyunlarına ev sahibliyi edən Portuqaliya olub. Qızlarımız Anna Atayeva və Nərminə Rzayevanın vurduğu qollar sayəsində rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda Fransa U-19-u uelsli həmyaşıdlarını 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Komandamız qrupdakı növbəti oyununu sabah Bakı vaxtı ilə saat 20:00-da Uels komandasına qarşı keçirəcək.

 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın