"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı

XƏBƏR 23 Aprel 2009 / 17:39 2254
-  A +

Premyer-liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında XXIII turun bir oyunu təxirə salınıb. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata əsasən, "Neftçi" - "Qarabağ" oyunu başqa vaxta keçirilib. Buna səbəb “Neftçi”nin 8 üzvünün 19 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində təlim-məşq toplanışında və Bolqarıstanın 19 yaşlılardan ibarət millisiylə yoldaşlıq görüşündə iştirak etməsidir. Təxirə salınmış oyun mayın 12-də baş tutacaq.

Daha çox


Son xəbərlər