Millimiz bu gün Portuqaliyayla qarşılaşır

XƏBƏR 23 Aprel 2009 / 15:35 2097
-  A +

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci seçmə mərhələsində mübarizə aparacaq. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, millimizin yer aldığı qrupun oyunları Portuqaliyada keçiriləcək. U-19 bu gün ilk oyunda portuqaliyalı həmyaşıdları ilə qarşılaşacaq. Bakı vaxtıyla saat 22:00-da başlayacaq oyun Anadia şəhərinin «De Anadia» stadionunda keçiriləcək. Oyunu türkiyəli hakim Hilal Tosun idarə edəcək.


Son xəbərlər