“Simurq”un itkilərinin sayı artır

XƏBƏR 23 Aprel 2009 / 12:35 2257
-  A +

Premyer-liqanın XXIII turu çərçivəsində öz meydanında “Standard”ı qəbul edəcək “Simurq” qarşıdakı matçın hazırlığını davam etdirir. Qol.Az-ın məlumatına görə, komandanmın heyətində zədəli futbolçuların çoxluğu diqqət çəkir. Bir müddətdir zədəli olan və bu səbəbdən son matçlarda forma geyməyən Elşən Məmmədov, Dolidze, Ramin Nəsibovla yanaşı Sergey Sokolov, Bolkvadze də “Standard”la matçı buracaqlar. Komandanın ən yaxşı bombardiri Vladimir Mazyarın isə şənbəgünkü matçda meydana çıxıb-çıxmayacağı hələ məlum deyil. Həkimlər oyun saatına qədər futbolçunu yetişdirməyə çaılışırlar.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın