Kreyq Bellami millimizə qarşı oynamayacaq

XƏBƏR 23 Aprel 2009 / 11:53 2056
-  A +

Dünya çempionatının seçmə mərhələsində milli komandamızla eyni qurpda yer alan Uels millisinin kapitanı və İngiltərənin “Mançester Siti” klubunun üzvü Kreyq Bellami hazırda zədəlidir. Qol.Az-ın “Western Mail”ə istinadən verdiyi məlumata görə, təcrübəli futbolçunun zədəsi çox ciddidir və mövsümü onun üçün artıq bitmiş hesab etmək olar. Buna görə də çox güman ki, Bellami iyunun 6-da millimizə qarşı keçiriləcək oyunda meydana çıxmayacaq. Buna qədər isə Uels millisi Estoniyayla yoxlama oyununda qüvvəsini sınayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın