Kamran Ağayev əməliyyat olundu

Kamran Ağayev əməliyyat olundu
ÖLKƏ FUTBOLU 23 Aprel 2009 / 11:27 3541
-  A +

Dünən axşam saatlarında “Xəzər Lənkəran” və milli komandamızın qapıçısı Kamran Ağayev Türkiyənin İstanbul şəhərində uzun müddət zədəli olduğu onurğa sütünunda əməliyyat edilib. Qol.Az-ın klubun rəsmi intenet saytına istinadən verdiyi məlumata görə, “VKV Amerikan Hastanesi”ndə əslən Təbrizli həkim Mehdi Sasaninin rəhbərliyi altında aparılan və təxminən üç saata yaxın davam edən əməliyyat uğurla sonuclanıb.
Doktor Sasaninin sözlərinə görə, gənc futbolçu tezliklə ayağa qalxacaq və artıq üç gün sonra Azərbaycana dönə biləcək. Eyni zamanda Mehdi həkim Ağayevin təxminən bir ay sonra məşqlərə başlaya biləcəyini də söyləyib.
Xatırladaq ki, 23 yaşlı Kamran fevral ayından bəri onurğa sütununun bel nahiyyəsindəki ağrılar üzündən yaşıl meydanlara həsrət qalmışdır. Dünənki əməliyyat isə onun tezliklə fəal həyata qayıdacağına inam yaradıb.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı