Rəşad məşqlərdə iştirak edir, Ramal isə yox

XƏBƏR 22 Aprel 2009 / 21:33 2227
-  A +

Türkiyə superliqasının son turunda səfərdə “Dənizlispor”a məğlub olaraq elitada qalmaq şansını xeyli çətinləşdirən “Kocaelispor” növbəti turda evdə “Antalyaspor”u qəbul edəcək. Qol.Az-ın “Bizim Kocaeli”yə istinadən verdiyi xəbərə görə, İzmit təmsilçisinin bugünkü məşqində zədə və digər səbəblərdən bir sıra aparıcı futbolçular iştirak etməyiblər. Onların sırasında həmyerlimiz Ramal Hüseynov da olub. Rəşad Sadıqov isə problemi olmayan tək-tük futbolçulardandır və tam gücü ilə məşqlərdə iştirak edir. Bu arada klubun düşərgəsində əhval-ruhiyyə də bir qədər qalxıb. Səbəb Taner Güllərinin kollektivlə birgə yüngül məşqlərə başlamasıdır. Komandanın baş məşqçisi Erhan Altın son 6 turda 5 qalibiyyət almağın qəliz olduğunu desə də, yetirmələrinın gücünə inandığını da dilə gətirib.

 

 


Son xəbərlər