Xodukin də Ağdama getməyin əleyhinə çıxdı

Xodukin də Ağdama getməyin əleyhinə çıxdı
ÖLKƏ FUTBOLU 22 Aprel 2009 / 21:05 2619
-  A +

“İnter” klubu olaraq istənilən vaxt, istənilən yerə səfər etməyə və rəqiblərimizlə orada oynamağa hazırıq. O cümlədən də Ağdamda. Biz heç kimdən nə qorxuruq, nə də çəkinirik. Amma PFL və AFFA bu cür qərarlar qəbul edərkən prosedur qaydaları mütləq nəzərə almalıdır”. Bu sözləri Qol.Az-a “İnter”in  baş məşqçisi Valentin Xodukin deyib. Xodukin də prezidenti Georgi Nikolov kimi hazırkı vəziyyətdə Ağdama getməyin qəti əleyhinədir: “Çempionatın sonuna 3 tur qalmış heç vaxt hər hansı bir komanda öz məkanını dəyişmir. Əgər “Qarabağ” çempionatın əvvəlindən ev oyunlarını Suraxanıda keçiribsə, sona qədər də rəqiblərini həmin arenada qəbul etməlidir. Amma sona 3 tur qalmış PFL qərar çıxardır ki, Ağdama getməlisiniz. Təkrar edirəm, bu qərarı qəbul edərkən prosedur qaydalar mütləq nəzərə alınmalıdır.  Yəni azarkeşlərin ora necə gedəcəyi, teleyayımın təşkili və s. Onu bilin ki, Ağdama getsək də, bu addımı könüllü yox, məcburiyyətdən atacağıq”.

Daha çox


Son xəbərlər