Vüqar Nadriov: “Ağdamda oynamaq tamam başqa hissdir”

XƏBƏR 22 Aprel 2009 / 20:29 2299
-  A +

“PFL-in son qərarını alqışlayıram və buna ürəkdən sevinirəm. Nəhayət ki, uzun müddətli fasilədən sonra “Qarabağ” yenidən doğma rayona qayıdacaq. Bu sözün əsl mənasında həmin bölgənin əhalisi üçün bayramdır”. Bu sözləri Qol.Az-a əslən ağdamlı olan “Karvan”ın və milli komandamızın hücumçusu Vüqar Nadirov deyib. Vüqar Ağdamda oynamağın tamam başqa hiss olduğunu deyir: “Düzdür, özümə də bu qismət olmayıb. Amma o gün kimi aydındır ki, Suraxanıda oynamaq tamam başqa ab-havadır, Ağdamda oynamaq tamam başqa. İnşallah imkan olsa özüm də “Qarabağ”ın ilk oyununu gedib Quzanlıda izləyəcəm”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki