Tomaş Stolpa “Qəbələ”ni tərk etdi

XƏBƏR 22 Aprel 2009 / 19:49 2279
-  A +

Həftəsonu premyer-liqanın növbəti turu çərçivəsində [z meydanında “Bakı”nı qəbul edəcək “Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Komandanın heyətində itkilər də var. Klubun mətbuat xidmətinin rəhbəri Nail Kərimovun Qol.Az-a verdiyi məlumata görə, komandanın polşalı futbolçusu Tomaş Ştolpa vətəninə yola düşüb. Qasıq nahiyyəsində cırıq olan futbolçu orada əməliyyat olunacaq. Ümumiyyətlə, onun üçün artıq mövsümü bitmiş saymaq olar. “Qəbələ” ölkə kubokunda uğurlu çıxış edərsə, Ştolpa ən yaxşı halda final matçında komandasına kömək edə biləcək.

 


Son xəbərlər