“Qarabağ” - “İnter” matçının afişaları və brоşürləri artıq hazırdır

XƏBƏR 22 Aprel 2009 / 14:25 2566
-  A +

PFL “Qarabağ”ın may ayındakı ev oyunlarını Quzanlı qəsəbəsində keçirməsinə dair qərar verdikdən sonra Ağdam klubu təşkilatı işlərin görülməsinə başlayıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə, mayın 3-də keçiriləcək “Qarabağ” - “İnter” matçının biletləri və brоşürları artıq hazırdır: “Əslində buna elə də ehtiyac yox idi. Çünki bütün Quzanlı mayın 3-də keçiriləcək oyunu əzbər bilir. Bununla belə, biz klub olaraq üzərimizə düşən bütün işləri görməliyik. Əslində afişalar və broşürlar çoxdan hazır idi. Çünki PFL-in məlum qərarını özlüyümüzdə təxmin etdiyimizdın işlərin böyük hissəsini əvvəldən görmüşdük”. N.İbrahimov oyun günü “Qarabağ” klubunun jurnalistlərin də Ağdama səfərini təşkil edəcəyini deyib.   

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı