AFFA daha bir aksiyaya start verdi

AFFA daha bir aksiyaya start verdi
XƏBƏR 22 Aprel 2009 / 13:32 2237
-  A +

Azərbaycan Futbol Federasiyaları Assosasiyası “Millimizə dəstək” mövzusunda şüar aksiyası keçirir. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, aksiyada hər kəs iştirak edə bilər. Veriləcək şüarlar vətənpərvərlik ruhunda, oyunçulara hər an əlavə güc verəcək səviyyədə, stadionda hər kəs tərəfindən eyni zamanda deyilə biləcək şəkildə, qısa, lakonik və ritmik olmalıdır. Təqdim olunacaq şüarlar minlərlə azarkeş tərəfindən eyni zamanda səsləndirilməklə millimizin üzvlərinə əlavə güc verərək, komandamızın qələbə qazanmasında xüsusi rol oynaya bilər.
Şüarlarda nalayiq ifadələrə yol verilməməlidir.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı