Bəxtiyar Qulamov: «Bakılı»da işləmək istəmirəm»

XƏBƏR 30 Noyabr 2008 / 17:25 4054
-  A +

«Bakılı» klubunu meydana çıxaran Bəxtiyar Qulamov «İnter»in güclü və çempionluğa layiq komanda olduğunu bildirib. Qol.Az-ın məlumatına görə, «İnter»lə oyundan sonra keçirilən mətbuat konfransında B.Qulamov bildirib ki, «Bakılı» çempionatda yerli futbolçularla çıxışa üstünlük verir. «Legionerlərlə bizim oyunçular arasında fərq yoxdu» - deyən B.Qulamov dövrələrarası fasilədə «Bakılı»ya yeni başqçi gətiriləcəyini söyləyib: «Mən bu komandanın məşqçisi deyiləm, sadəcə, komandanı oyuna çıxarıram. Mən dörd aydır ki, «Bakılı»dayam, kluba gücüm çatanı etmişəm. Oyunçular bundan artığını bacarmırlar».
«Bakılı»dan istefa vermək fikriniz varmı» sualına B.Qulamovun cavabı belə olub: «Komandaya məşqçi tapılmasa da, burada qalmaq və işləmək istəmirəm».
B.Qulamov klubun yüksək liqada qalması üçün çoxlu dəyişlikliyin olacağını söyləyib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı