İqor Ponomaryov: “Ağdama sevə-sevə gedəcəyik”

İqor Ponomaryov: “Ağdama sevə-sevə gedəcəyik”
XƏBƏR 22 Aprel 2009 / 11:30 2166
-  A +

“Bizim üçün bunun ciddi fərqi yoxdur – Bakıya da, Ağdama da təxminən eyni məsafəni qət etməliyik. Artıq bilirik ki, meydanın vəziyyəti qənaətbaxşdir. Fürsətdən istifadə edib, “Qarabağ” klubunu və bütün ağdamlıları komandalarının “ev”lərinə qayıtması münasibətilə təbrik etmək istərdim”. Qol.Az-ın “Xəzər-Lənkəran”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın ev oyunlarını Quzanlı stadionunda keçirməsinə münasibət bildirərkən “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib. İ.Ponomaryov bildirib ki, onlar Ağdama sevə-sevə yollanacaqlar: “Futbolun əyalətlərə yol açması çox önəmlidir. Konkret bizim oyuna gəlincə, bəlkə də belə olması daha yaxşıdır. Futbolçularımıza dolu tribunalar əlavə güc, stimul, həvəs verir. Onların çılğıncasına rəqibə azarkeşlik edəcəklərinə baxmayaraq, düşünürəm ki, bu azarkeşsiz oynamaqdan qat-qat yaxşıdır. Odur ki, Ağdama sevə-sevə gedəcəyik”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı