Ramin Musayev Xalidu Sissokonun hərəkətinə münasibət bildirdi

XƏBƏR 21 Aprel 2009 / 20:07 2335
-  A +

“Xalidu Sissokonu cəzalandırmayacağıq. Çünki bu hadisəylə bağlı matçın hakimləri protokolda heç bir qeyd aparmayıblar”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Xəzər-Lənkəran” - “Bakı” oyununda baş vermiş hadisəyə münasibət bildirərkən, PFL-in prezidenti Ramin Musayev deyib. R.Musayev bildirib ki, PFL-in operatorları həmin epizodu videolentə almaq istəsələr də polislər onlara mane olublar: “Mən də başa düşürəm ki, bu cür hal yolverilməzdir. Heç kimin ixtiyarı yoxdur ki, polisə tüpürsün. Amma oyunun protokolunda bu haqda heç nə yazılmadığı halda, biz Sissokonu necə cəzalandıra bilərik? Bizim operatorlar da həmin hadisəni lentə almaq istəyiblər. Lakin stadiondakı polislər buna imkan verməyiblər”.       


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki