"Qarabağ" ev oyunlarını Quzanlıda keçirəcək!

"Qarabağ" ev oyunlarını Quzanlıda keçirəcək!
ÖLKƏ FUTBOLU 21 Aprel 2009 / 18:45 2873
-  A +

"Qarabağ" klubu premyer-liqanın son 2 ev oyununu, həmçinin Azərbaycan kubokunun təkrar yarımfinal qarşılaşmasını Quzanlıdakı Olimiya İdman Kompleksində keçirəcək. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, PFL-in nümayəndələrinin stadionda apardığı təftişdən sonra arena, oyunların keçirilməsi üçün yararlı hesab edilib. Ot örtüyü ilə bağlı azacıq çatışmazlıqlar var ki, "Qarabağ" klubu bunları tezliklə aradan qaldıracağını öz öhdəsinə götürüb. Beləliklə premyer-liqanın XXIV turu çərçivəsindəki "Qarabağ" - "İnter" matçı Ağdamda keçiriləcək və AzTV ilə canlı yayımlanacaq.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı