Devran Ayhan “Xəzər-Lənkəran”ın məşqində iştirak etmədi

XƏBƏR 21 Aprel 2009 / 17:30 2211
-  A +

Bu gün saat 11.00-da “Xəzər Lənkəran” şənbə günü premyer-liqanını XXIII turu çərçivəsində “İnter”ə qarşı keçirəcəyi oyununun hazırlıqlarına start verib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məluamat görə, “İnter” ev oyunlarını süni örtüklü meydanda keçirdiyindən “Xəzər-Lənkəran”ın baş məşqçi İqor Ponomaryov qarşıdakı görüşə həmişəki kimi Lənkəranda deyil, Bakıda - süni örtüklü meydanda hazırlaşmaq qərarını verib. Olimpiya milli komandalarının məşq bazasında (keçmiş “Neftçi” bazası) keçirilmiş ilk məşqə sabah əməliyyat olunmaq üçün Türkiyənin İstanbul şəhərinə yollanacaq Kamran Ağayevlə “Bakı”yla oyunda topuğu əzilən Devran Ayhandan başqa bütün futbolçular qatıla bilib. Məşqçilər heyəti isinmə və dartınma hərəkətlərinin ardından futbolçuları üç qrupa bölərək yarımsahədə “uduzan komanda çıxır” prinsipilə futbol oynadıb. Fatih Sonkaya və Dmitri Kramarenkonun zarafatlarıyla yadda qalan 1,5 saatlıq məşqin sonunda İqor Ponomaryov futbolçularla qısa söhbət edib.
Komandanın həkimi Boris Xetaqurovun verdiyi məlumata görə, Devran Ayhanın zədəsi ciddi deyil. Bugün trenajor zalında çalışan türkiyəli dayaq yarımmüdafiəçisi böyük ehtimalla sabah eyni məkan və eyni saatda keçiriləcək məşqə qatılmalıdır. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord