Millimizin üzvü “Minsk”i məğlubiyyətdən xilas edə bilmədi

XƏBƏR 21 Aprel 2009 / 15:08 2373
-  A +

Milli komandamızın heyətinə cəlb olunan Daniel Axtyamov yeni klubu - Belarus “Minsk”i ölkə çempionatında üçüncü oyununu keçirib. Qol.Az-ın Belarus mətbuatına istinadən verdiyi məlumata görə, “Minsk” öz meydanında “Neman”la qarşılaşıb. Görüş qonaqların xeyrinə nəticələnib - 1:2. Daniel 61-ci dəqiqədən etibarən oyuna qoşulub. Lakin Axtyamovun da səyləri nəticəsiz qalıb və o komandasını məğlubiyyətdən xilas edə bilməyib. 3 turdan sonra xala həsrət qalan “Minsk” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


Son xəbərlər