Mübariz Mənsimov 144 metrlik, 39 mərtəbəlik binadan 8 otaq aldı

Mübariz Mənsimov 144 metrlik, 39 mərtəbəlik binadan 8 otaq aldı
XƏBƏR 21 Aprel 2009 / 14:58 3354
-  A +

“Xəzər-Lənkəran” klubunun fəxri prezidenti, tanınmış iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov yenidən Türkiyə mətbuatının gündəmini zəbt edib. Qol.Az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, İstanbulda ucaldılan “Trump Towers” adlanan yeni göydələnlərin ilk müştərisi məhz Mənsimovdur. Dünyanın ən böyük neftdaşıma tankerlərinə sahib olam Mənsimov İstanbul-Şişlidə yerləşən “Trump Towers”də 8 otaq birdən alıb. Məcidiyyəköydə yüksələrək İstanbulun siluetinə qatılan “Trump Towers” İstanbul-Şişlidəki “penthouse”u da satın alan Mübariz Mənsimov binanın sürətlə aparılan inşa işlərinin başa çatmasını həyəcanla gözlədiyini deyib.
“Trump Towers” iki ayrı qüllədən ibarətdir. Qüllələrin hər biri 39 mərtəbəlidir, hündürlüyü isə 144 metrəyə çatır. Bu binadan asanlıqla köhnə İstanbuldan Üsküdara, Bəylərbəyinden Rumeliyə qədər bir çox yerləri seyr etmək mümkündür. “Trump Towers”dəki yaşayış otaqların uzunluğu 102 ilə 650, ofis otaqların uzunluğu isə 400-lə 2000 metrə arasında dəyişir. “Trump Towers” İstanbul-Şişlidəki inşaat işlərinin 2011-ci ildə başa çatacağı gözlənilir.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi