Zaqatalada 120 min dollar qazanmaq olar?!

ÖLKƏ FUTBOLU 21 Aprel 2009 / 14:12 2509
-  A +

Premyer-liqanın sonu yaxınlaşdıqca çempionatdakı gərginlik daha da artmaqdadır. Mübarizə qızışdıqca, komandalar eyni zamanda digər vasitələrlə rəqiblərinin də xal itirməsinə çalışırlar. Qol.Az-ın əldə etdiyi məlumata görə, premyer-liqanın XXIII turu çərçivəsində keçiriləcək “Simurq” - “Standard” matçında Zaqatala təmsilçisinin əsas rəqibləri paytaxt klubunu stimullaşdırıblar. Əgər “Standard” rəqibini məğlub edə bilsə, o zaman komanda 120 min, heç-heçə qeydə alınacağı təqdirdə isə 80 min ABŞ dolları mükafat əldə edəcək.
Xatırladaq ki, son turda səfərdə “Olimpik”i məğlub etməklə Zaqatala təmsilçisi medal qazanmaq şansını xeyli artırıb. Hazırda hesabında 47 xal olan “Simurq” ikinci pillədəki “Bakı”dan 3, lider “İnter”dən isə 6 xal geri qalır. “Standard”ı məğlub edəcəyi təqdirdə, Roman Pokoranın komandası hətta gümüş medallara da iddia edə bilər. Çünki XXIV turda “Simurq” “Bakı”yla qarşılaşacaq.     

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi