“Xəzər-Lənkəran”ıb vitse-prezidenti: “Bakı”yla oyunda heç bir insident baş verməyib”

XƏBƏR 21 Aprel 2009 / 12:10 2060
-  A +

Ölkə mətbuatında “Xəzər Lənkəran”ın “12-ci oyunçu” müstəqil azarkeş qrupuna istinadən “Bakı”yla matçda insident yaşanması barədə məlumatlar yayılsa da, Cənub klubunun vitse-prezidenti Rəvan Bəşirov klubun rəsmi internet saytına istinadən verdiyi məlumatada deyilənləri təkzib edib: “Bəli, bilet satışı zamanı növbələr yaranır, müəyyən basırıq olur. Amma “Bakı”yla oyundan öncə kiminsə xəsarət alması barədə məlumatımız yoxdur. Biletləri artıq cümə günü səhərdən satışa çıxarmışdıq. Adətən kassalar iki gün öncədən işləməyə başlasa da, bu dəfə bir günlük gecikmə oldu. Mən bir daha azarkeşlərimizə müraciət edərək bildirmək istəyirəm ki, biletləri imkan daxilində tez əldə edin, oyun saatını gözləməyin. Bir-iki saatın içində 10-15 min insana bilet satmaq asan iş deyil. Amma bir daha sizi əmin edirəm ki, ötən şənbə oyundan öncə heç bir insident olmayıb”.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı