Premyer-liqanın XXII turu çərçivəsində keçirilən “Xəzər-Lənkəran” – “Bakı” oyunundan dərhal sonra Lənkəran klubunun fəxri prezidenti Mübariz Mənsimov paltardəyişməı otağına gələrək, futbolçuları möhtəşəm qələbə münasibətiylə təbrik edib. Klubun rəsmi internet saytının yaydığı məlumata görə, fəxri prezident nitqi zamanı bir sıra maraqlı məqamlara toxunub və komandanın böyük gələcəyinə şübhə etmədiyini bildirib: “Hamınızı təbrik edirəm, təşəkkür edirəm. Əsl “Xəzər Lənkəran”ın necə olduğunu göstərdiniz. Çempion olmaya bilərsiz. Amma bundan önəmli şeylər var. Siz peşəkar futbolçularsız və bugün işinizi layiqincə həyata keçirdiniz. Bu qədər insanın çöhrəsindən gülüş, sevinc əskik olmadı. Bundan vacib nə var axı? Anlayın ki, siz bizdən deyil, bizim hamımız sizdən, bu azarkeşlər sizdən asılıdır. Sizi bir daha təbrik edirəm.“Xəzər Lənkəran” Azərbaycanda ən güclü komanda olmalıdır. Yavaş-yavaş “Xəzər Lənkəran”ı qitə standartlarına cavab verən peşəkar komandaya çevirəcəyik. Burada hamımız qardaşıq. Bir-birimizin əlindən tutub uğurlar qazanmalıyıq. Sizdən istəyim bu cür oynamaqdır. Udmaq-uduzmaq, çempion olmaq-olmamaq mümkündür, amma “Xəzər Lənkəran”ın futbolçusu həmişə belə əzmkar və istəkli olmalıdır. Mən bundan sonra bütün oyunlara gəlməyə çalışacam”.
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi