“Bakı” klubundan futbolçuya 10 min manatlıq cərimə

XƏBƏR 21 Aprel 2009 / 11:58 2019
-  A +

Premyer-liqanın 22-ci turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Bakı" qarşılaşmasının başa çatmasından sonra Lənkəran şəhər stadionunda asayişi qoruyan polis nəfəri ilə paytaxt klubunun qapıçısı Xalidu Sissoko arasında yaşanan anlaşılmazlıq ciddi şəkildə araşdırılıb, Sissokonun hərəkəti klubu adına layiq olmayan səhv hərəkət kimi dəyərləndirilib və qapıçıya ağır cəza verilib. Bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib. "Bakı" futbol klubu futbolçunun səhvini etiraf etməklə bərabər, eyni zamanda onun peşmançılığını və etirafını, o cümlədən,  hadisə zamanı təhqirə məruz qalan polis məmurundan üzr istədiyini nəzərə alaraq  Xalidu Sissokonun cəzasını elan edir:
Xalidu Sissokoya 10 min manat (AZN) məbləğində cəza verilsin.
Sissokoya sonuncu xəbərdarlıq edilsin, bir daha belə bir hal yaşanacağı halda "Bakı" futbol klubu ilə müqaviləsinə xitam veriləcəyi onun diqqətinə çatdırılsın

 


Son xəbərlər