Xalidu Sissoko: "Bütün Azərbaycan xalqından üzr istəyirəm "

Xalidu Sissoko: "Bütün Azərbaycan xalqından üzr istəyirəm "
XƏBƏR 21 Aprel 2009 / 11:54 2141
-  A +

“Bakı”nın qapıçısı Xalidu Sissoko premyer-liqanın XXII turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Bakı" oyunundan sonra baş verən qalmaqallı epizodla bağlı klubun rəsmi saytına açıqlama verib. Seneqallı qolkiper deyib: Mən kimisə təhqir etmək fikrində olmamışam, məni təhqir edən şəxsə eyni qaydada cavab vermişəm. Oyundan sonra vəziyyət gərginləşmişdi. Belə oyun sərgilədiyimizə və məğlub olmağımıza inana bilmirdim. Meydanı tərk edib soyunub-geyinmə otağına yollanan zaman polis məmuru məni çağırdı. Mən ona tərəf döndükdə o məni əl işarəsi ilə nalayiq hərəkətlə təhqir etdi. Mən ona yaxınlaşdım və söylədim ki, sən polis məmurusan, mən isə adi futbolçu, sənin belə hərəkətlərə yol verməyin kişiliyə yaraşan hərəkət deyil. Bu sözlərdən sonra ona tərəf tüpürdüm və yoluma davam etdim. Bir qədər keçmiş öz səhvimi anlayaraq həmin məmura yaxınlaşdım və üzr istədim. Buna baxmayaraq mən yenə də bütün Azərbaycan polislərindən və Azərbaycan xalqından üzr istəyirəm".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord