Millimizin Uelslə oyununa ən ucuz bilet 2 manatdır

XƏBƏR 21 Aprel 2009 / 11:43 2308
-  A +

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində iyunun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Uels oyununun biletləri aprelin 23-dən etibarən satışa çıxarılacaq. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, qarşılaşmaya ən ucuz bilet 2 manatdır. Lakin yalnız 26, 27 və 28-ci sektorlara biletlər bu qiymətə satılacaq. 4-7, 22-25-ci sektorlarda əyləşmək istəyənlər 4 manat, 8-11, 18-21-ci sektorlarda əyləşmək istəyənlər 6 manat, 12, 13, 16, 17-ci sektorda əyləşmək istəyənlər isə 8 manat xərcə düşməlidir. Mərkəzi sektorlar hesab olunan 14 və 15-ci sektorlara olan biletlərin qiyməti isə 10 manatdır. Ən bahalı biletlərin qiyməti isə 50 manatdır. Vip lojadan qarşılaşmanı izləmək istəyənlər məhz 50 manat ödəməlidirlər.


Son xəbərlər