Zaur Tağızadə milli komandadakı karyerasını başa vurdu

Zaur Tağızadə milli komandadakı karyerasını başa vurdu
ÖLKƏ FUTBOLU 20 Aprel 2009 / 22:23 3142
-  A +

Bir vaxtlar Azərbaycan futbolunun gələcəyi hesab olunan, perspektivinə böyük ümidlər bəslənən, “qızıl oğlan” ləqəbini qazanmış milli komandamızın və “Neftçi”nin yarımmüdafiəçisi Zaur Tağızadə milli komandadakı karyerasını başa vurub. Bu haqda Qol.Az-a futbolçunun özü məlumat verib. Zaur bildirib ki, son zamanlar zədələr ona tam gücüylə oynamağa imkan vermir və buna görə də o, belə qərar qəbul edib. Tağızadə bildirib ki, o bu haqda AFFA-ya da məktub ünvanlayaraq, milli üzvlərini də gedişi haqda məlumatlandırıb. Futbolçu karyerasının qalan hissəsini klubuna həsr edəcəyini sözlərinə əlavə edib.

Daha çox


Son xəbərlər