Kamal Quliyev “Standard”a keçə bilər

Kamal Quliyev “Standard”a keçə bilər
XƏBƏR 20 Aprel 2009 / 20:12 2360
-  A +

Bu yaxınlarda “Karvan”dan ayrılan komandanın kapitanı Kamal Quliyev “Standard”a keçə bilər.  Mayda Yevlax klubu ilə müqaviləsi başa çatacaq Kamal sərbəst şəkildə istədiyi komandaya keçəcяk. “Standard”ın növbəti mövsümdən Sumqayıtı təmsil edəcəyi də Quliyevən qərarına birbaşa təsir edə bilər. Çünki Kamalda sumqayıtlıdır və bu şəhərdə yaşayır. Qol.Az-a açıqlamasında futbolçu özü də bunu istisna enməyib: “Hazırda heç kiminlə danışıq aparmıram. Bu mənada “Standard”la danışıqlar apardığım və növbəti mövsümdən etibarən bu komandanın şərəfini qoruyacağımla bağlı yayılan fikirlərin tam doğru olduğunu deyə bilmərəm. Amma bu variantı istisna da eləmirəm. Sumqayıt məsələsinə gəlincə, normal şərait olan istənilən yerdə oynamağa hazıram”.
 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı