“Qarabağ”ın rəsmisii Quzanlı stadionunu oyuna hazır sayır

XƏBƏR 20 Aprel 2009 / 18:46 2268
-  A +

“Stadionla bağlı yekun qərarı Peşəkar Futbol Liqası verəcək. Bizim klub olaraq belə bir səlahiyyətimiz yoxdur. Mən yalnız arenadakı şəraitə öz tərəfimizdən münasibət bildirə bilərəm”. Bu sözləri Qol.Az-a PFL nümayəndələri ilə birlikdə Ağdamın Quzanlı stadionuna səfər edən “Qarabağ” klubunun nümayəndəsi Asif Əsgərov deyib. A.Əsgərov oradakı şəraitin yaxşı olduğu qənaətindədir: “Mənə elə gəlir ki, PFL nümayəndələri Quzanlıdakı şəraiti bəyəndilər. Soyunub-geyinmə və hakimlər otağı, duşxana, tribunaların vəziyyəti qaydasındadır. Quzanlıdakı elektron tablo Bakıdakı tablolardan da yaxşı işləyir. Ot örtüyünün durumuna gəlincə, buraya təzə toxum səpilib və bir neçə gündən sonra biçiləcək. Bir sözlə, Quzanlı stadionunda qısa zamanda böyük iş görülüb və nümayəndə heyəti də bunun şahidi oldu. Biz ilk oyun gününə kimi stadionu tam hazır vəziyyətə gətirəcəyimizə əminik. Stadionun hazırkı durumunu özündə əks etdirən video və fotogörüntülər də hazırda bizdədir”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı