“Xəzər -Lənkəran” “İnter”lə oyuna Bakıda hazırlaşacaq

XƏBƏR 20 Aprel 2009 / 18:33 2151
-  A +

“Bakı” üzərində qazanılan qələbədən sonra iki günlük məzuniyyətə buraxılan “Xəzər- Lənkəran”lı futbolçular sabah Bakıda bir araya gələcəklər. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həmişəkindən fərqli olaraq bu dəfə oyunun hazırlığı paytaxtda keçəcək və komanda Lənkərana yalnız “İnter”lə növbəti tur oyunundan sonra yollanacaq.
Həftənin ilk məşqi sabah saat 11.00-da Azərbaycanın olimpiya yığma komandalarının məşq bazasında (keçmiş “Neftçi” bazası) keçiriləcək. Komanda çərşənbə günü də eyni ünvan və eyni saatda məşq edəcək. Həftənin son iki məşqi isə “İnter”lə oyunun keçiriləcəyi “Şəfa” stadionunda baş tutacaq. Cümə axşamı Lənkəran təmsilçisi saat 11.00-da məşqə çıxacaq. Ertəsi isə İqor Ponomaryov ölkə çempionatının əsasnaməsinə əsasən meydan sahiblərinin komandamız üçün “Şəfa” stadionunda məşq etmək üçün ayıracağı vaxta yetirmələrini oyunöncəsi son çalışmaya çıxaracaq.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “İnter”in Premyer-liqanın XXIII turu çərçivəsində keçiriləcək oyunu aprelin 25-də oynanılacaq. Matçın dəqiq başlama vaxtı daha sonra müəyyənləşəcək.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı