Son turda səfərdə “Karvan”а 1:3 hesabı ilə məğlub olan “Muğan” görüşün baş hakimi Hacıəli Ağayevin idarəçiliyndən kəskin narazı qalıb. Komandanın baş məşqçisi Nadir Qasımov bu məsələ ilə bağlı bu gün səhər AFFA-ya baş çəkərək PFL-in prezidenti Ramin Musayevlə görüşüb. Qasımov görüşlə bağlı fikirlərini Qol.Az-a bölüşüb: “Bəli, “Karvan”la görüşdəki hakimlikdən çox narazı qalmışdıq. Burada konkret epizodlardan söhbət getmir. Qapımıza bütün qollar qaydalar çərçivəsində vurulmuşdu. Bizim narazılığımız ümumi idarəçilikdən idi. Referi 90 dəqiqə birtərəfli oyun idarə etdi. Rəqibin qapıçısı Nadir Şükürov nümayişkaranə şəkildə hakimi söyür, amma cəzasız qalır. Nəyə görə belə olmalıdır? Gəncdir, hazır deyilsə, niyə oyunlara göndərirlər? Mən bütün bu iradlarımı Ramin müəllimin diqqətinə çatdırdım və o da hamısını cidd qəbul edərək göstəriş verdi ki, matçı kasetini onun üçün gətirsinlər. Məni də əmin etdi ki, kasetə baxılacaq və əgər hakimin səhvləri sübuta yetirilsə hakim mütləq cəzalandırılacaq”.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil