İspaniya millisi Azərbaycana əsas heyətlə gələcək

XƏBƏR 20 Aprel 2009 / 13:21 2337
-  A +

İyunda İspaniya millisinin Azərbaycana gələcəyi dəqiqləşsə də, oyunun konkret hansı gündə və hansı saatda keçiriləcəyi hələlik müəyyənləşməyib. Amma dəqiqləşən odur ki, Avropa çempionu ölkəmizə əvəzedici yox, əsas heyətlə gələcək. Bunu Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Deportamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib: “İspanlar bizə bildiriblər ki, Azərbaycana əsas heyətlə gələcəklər. Yoldaşlıq görüşü olduğundan təşkilatı işləri, qonaqların qalacağı oteli, məqş edəcəkləri stadionu biz də seçə bilərik. Amma hələlik bunlar dəqiqləşməyib. Qarşılaşmanı idarə edəcək hakimlərə gəlincə, bu da yerli komandanın seçimindən asılı olacaq. Yerli hakim də ola bilər, əcnəbi də. Lakin biz əcnəbi hakim cəlb edəcəyik”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı