İspaniyanın Azərbaycana gəlişi rusları şoka saldı

İspaniyanın Azərbaycana gəlişi rusları şoka saldı
ÖLKƏ FUTBOLU 20 Aprel 2009 / 12:00 2783
-  A +

İyun ayında son Avropa çempionu İspaniyanın Bakıda millimizlə yoldaşlıq görüşü keçirəcəyi Avropa mətbuatının, xüsusən komandamızıe yer aldığı qrupda bizimlə birgə mübarizə aparan almanlarla rusların diqqətindən yayınmayıb. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa çempionunun ölkəmizə gəlişi rusları şoka salıb. Qonşu ölkənin idman mətbuatlarından bəziləri hətta bunu Azərbaycan futbolu üçün böyük reklam hesab edib. Konkret olaraq “RTR Sport” telekanalı dünənki buraxılışlarından birində “Avropa çempionu Azərbaycan səfər edir” başlıqlı informasiya efirə gedib. İnformasiyada qarşılaşmanın iki ölkənin futbol federasiyaları tərəfindən artıq razılaşdırıldığı və matçın iyunun 10-da Bakıda baş tutacağı bildirilib. Telekanalın müxbiri “Bəlkə də Avropa çempionunun Azərbaycana səfəri kimlərisə şoka sala bilər. Amma unutmayaq ki, Berti Foqts amili artıq öz sözünü deməyə başlayıb” ifadəsini də işlədib. Ruslar bu ifadə ilə ispanların ölkəmizə səfərində Foqtun nüfuzunun da xüsusi rol oynadığını qabardıblar.


 

Daha çox


Son xəbərlər