Ilqar Qurbanovun transfer qiyməti 400 min avrodur

ÖLKƏ FUTBOLU 18 Aprel 2009 / 14:32 2634
-  A +

Türkiyə çempionatının birinci liqasında çıxış edən “Boluspor” klubunun ümumi dəyəri 7 milyon 275 min avrodur. Qol.Az-ın “transfermarket” portalına istinadən verdiyi məlumata görə, “Boluspor” tranfer dövründə futbolçularına məhz bu qədər pul xərcləyib. Bolu təmsilçisinin şərəfini qoruyan həmyerlimiz İlqar Qurbanovun transfer dəyəri isə 400 min avrodur. Bu göstəriciyə görə, İlqar “Boluspor”un ən bahalı dördüncü futbolçusudur. Komandanın ən bahalı futbolçusu İlyas Kahramandır. “Boluspor” kapitanın transferinə 600 min avro xərcləyib.  

Daha çox


Son xəbərlər