“İnter” Almaniya və Fransa klublarıyla qarşılaşacaq

XƏBƏR 18 Aprel 2009 / 13:34 2298
-  A +

“İnter” klubu may ayında beynəlxalq turnirdə iştirak edəcək. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “İnter”in 1993-94-cü il təvəllüdlü futbolçulardan ibarət komandası Fransanın Lill şəhərində təşkil olunacaq yarışda ölkəmizi təmsil edəcək. 12 komandanın yarışacağı turnir mayın 26-dan iyunun 2-dək davam edəcək. Artıq yarışın püşkatma mərasimi də keçirilib. “A” qrupunda yarışacaq təmsilçimiz Fransanın “İstr”, “ASCQ”, “Dunkerque”, həmçinin Almaniyanın “Bayer Leverkuzen” və Polşanın “Wrostlav” klublarıyla eyni qrupda yarışacaq. Digər qurpda isə təşkilatçı ölkənin “Lill”, “Vaskenal”, İngiltərənin “Lids”, Çexiyanın “Banik-Ostrava”, Bolqarıstanın “Lokomotiv-Sofia” və Belçikanın “Zulte-Varegem” klubları yer alıb. Qurp oyunları dairəvi sistemlə keçiriləcək. Xatırladaq ki, “İnter” ötən il analoji yarışın bürünc medallarını qazanmışdı.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı